Həftənin ilk iş gününə olan hava proqnozu açıqlanıb

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlanıb
Şou-biznes 516
Mayın 13-də respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.Səhər bəzi yerlərdə duman olacağı, lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var.Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, Bakıda gecə 15-17° isti, gündüz 25-27° isti təşkil edəcək.Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti təşkil edəcək.

Oxşar xəbərlər

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

Mayın 10-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə ver...

2 Şou-biznes 14:34 09 may 2019

Son xəbərlər