Hava ilə bağlı XƏBƏRDARLIQ edildi: Temperatur enəcək

Hava ilə bağlı XƏBƏRDARLIQ edildi: Temperatur enəcək
Şou-biznes 4575
Oktyabrın 16-dan Azərbaycanda havanın temperaturu yenidən enəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50% olacaq.Azərbaycanın rayonlarında oktyabrın 15-də hava əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacağı gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

Hava kəskin dəyişəcək, temperatur 5-7 dərəcə aşağı düşəcək

Hava kəskin dəyişəcək, temperatur 5-7 dərəcə aşağı düşəcək

Azərbaycanda sabah üçün gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə v...

4561 Şou-biznes 12:49 09 oktyabr 2017

Son xəbərlər