Haluk Levent bu səbəbdən 70 milyon CƏRİMƏLƏNDİ
Məşhur müğənni Haluk Levent 70 milyon lirə məbləğində cərimələnib.
BAKU.WS xəbər verir ki, sənətçi, 2025-ci ildə yazdığı iki böyük məbləğli çekin bankda qarşılığının olmaması səbəbindən şikayət edilib və barəsində milyonlarla lirəlik cəza qərarı çıxarılıb.
İstanbul Anadolu 24-cü İcra Cəza Məhkəməsində keçirilən 5-ci məhkəmə iclasında zərərçəkmiş tərəfin və müttəhimin vəkilləri iştirak ediblər.
Rəsmi iş materiallarında qarşılıqsız qalan çeklərin ümumi dəyərinin təxminən 70 milyon türk lirəsi olduğu qeyd edilib.
Hakim Haluk Leventin qanunsuz maliyyə əməliyyatına görə maddə-maddə cəzalandırılmasına qərar verib:
1-ci Çek: 30 İyun 2025-ci il tarixinə aid olan və qarşılıqsız çıxan çekə görə sənətçiyə 50 milyon 83 min lirə məbləğində pul cəzası kəsilib.
2-ci Çek: 20 May 2025-ci il tarixinə aid digər eyni cinayət tərkibli əmələ görə isə əlavə olaraq 19 milyon 987 bin TL cəza tətbiq edilib.
Məhkəmə təkcə böyük pul cəzası ilə kifayətlənməyib.
Verilən yekun qərara əsasən, Haluk Leventin bundan sonra hər hansı bir çek imzalaması, tənzimləməsi və banklarda yeni çek hesabları açması rəsmən qadağan edilib.
Oxşar xəbərlər
71 yaşlı Gülşen Bubikoğlunun görünüşü müzakirələrə səbəb oldu
Məşhur aktrisa Gülşen Bubikoğlu son halı ilə gündəm olub. BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə yeni fotolarını paylaşıb. 71 yaşlı aktrisa təbii gözəlliyi...