Günün ulduz falı - 8 yanvar

Günün ulduz falı - 8 yanvar
Şou-biznes 2313
BAKU.WS 8 yanvar tarixinin qoroskopunu təqdim edir: Qoç - Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın. Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.Buğa - Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz. Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.Əkizlər - Yersiz risklərə lüzum yoxdur. Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.Xərçəng - Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz. Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.Şir - Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın. Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.Qız - Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.Tərəzi - Ola bilsin ki, yeni iş təklifləri alasınız. Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.Əqrəb - Böyük işlər astanasındasınız. Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.Oxatan - Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin. Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.Oğlaq - İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin. Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.Dolça - Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin. Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.Balıqlar - Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız. Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 7 yanvar

Günün ulduz falı - 7 yanvar

BAKU.WS 7 yanvar tarixinin qoroskopunu təqdim edir:Qoç - Ay bürcünüzdə olduğundan yersiz risk etməyin. Əgər haqlısınızsa, bunu gec-tez hamı biləcək. Saat 17-dən...

1057 Şou-biznes 00:00 07 yanvar 2019

Son xəbərlər