Günün ulduz falı - 30 dekabr

Günün ulduz falı - 30 dekabr
Şou-biznes 1987
BAKU.WS 30 dekabr tarixinin qoroskopunu təqdim edir: Qoç - işlərinizə mane olan bədxahlara qarşı tədbirli olun. Bu təqvimdə həmkarlarınıza da çox bel bağlamayın. Əgər bu gün işləməsəniz, mənfi çalarlı heç bir hadisə baş verməyəcək.Buğa - yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi neytral şəkildə ötürəsiniz. Hansısa qeyri-adiliklərə, risklərə getməyin. Sağlamlığınıza isə xüsusi diqqət yetirin. Sövdələşmələrdən yayının. Əkizlər - ümumi ovqatınızda müəyyən natarazlıq olsa da, bunun səbəbi insanlardan yox, təbiətin pozulmuş ahəngindən irəli gəlir. Buna baxmayaraq, ulduzlar perspektivli təkliflər alacağınızı göstərir.Xərçəng - ailə-sevgi münasibətlərinə həssas yanaşsanız, qarşınızı kəsən digər maneələri asanlıqla dəf etmək imkanı qazanacaqsınız. Şəxsi büdcənizi mənasız məsrəflərə xərcləməyin.Şir - astroloji göstəricilər soyuqdəymə halları ilə rastlaşacağınıza işarə edir. Qalın geyinməklə bahəm, qida və yuxu rejiminə də fikir verməlisiniz. İndi "hakim" bürc olduğunuzu unutmayın.Qız - bayram ovqatlı bu gözəl təqvim sizin üçün ən düşərli ərəfə olacaq. Narahat olmağa heç bir səbəb yoxdur. İstənilən sövdələşmədə iştirakınız uğurlu olacaq. Uzaq səfərə çıxmağa dəyər.Tərəzi - daxili sıxıntılarınıza biganə yanaşmayan Göy qübbəsi bu təqvimdə qayğınıza qalacaq. Sizsə öz növbənizdə başqalarının işinə qarışmamalı, yalnız öz problemlərinizlə məşğul olmalısınız.Əqrəb - yeni il yaxınlaşdıqca öhdəlikləriniz də artmaqdadır. Ətrafınızda olanlara biganə yanaşmayın. Sizə ehtiyac duyanlara mərhəmət göstərin. Şəxsi işlərinizdə dönüş gözlənilir.Oxatan - gərgin bir gün yaşaya bilərsiniz. Orqanizminizdə baş qaldıran nasazlıq və qarşılıqlı münasibətlərdə gərginlik sizi yora bilər. Nəzərə alın ki, saat 15:55-dən mənfi enerjili Ay bürcünüzdə olacaq. Oğlaq - ailədaxili məsələlərə təmkinlə yanaşsanız, mənfi enerjili qüvvələr sizi yoldan döndərə bilməyəcək. Bugünkü təqvimdə maddi rifah halınızın yüksələcəyinə də inam bəsləyin.Dolça - ən düşərli zaman kəsiyindən məhz siz keçəcəksiniz. Sevindirici xəbərlər, perspektivli təkliflər ovqatınıza müsbət təsir göstərəcək. Sevgi amili isə daha ön plana çəkiləcək.Balıqlar - özünüz şərait yaratmasanız, kimsə işlərinizə müdaxilə etməyəcək. Pulla bağlı sövdələşmə və planların heç birini təxirə salmayın. Axşama doğru maraqlı insanlarla görüşəcəyiniz də mümkündür.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 26 dekabr

Günün ulduz falı - 26 dekabr

BAKU.WS 26 dekabr tarixinin qoroskopunu təqdim edir: Qoç - göy qübbəsi varlanma ehtimalınızın yüksək olduğunu bəyan edir. Bu səbəbdən də ümid bağladığınız bütün...

3011 Şou-biznes 00:00 26 dekabr 2018

Son xəbərlər