Günün ulduz falı - 10 fevral

Günün ulduz falı - 10 fevral
Şou-biznes 2746
BAKU.WS 10 fevral tarixinin qoroskopunu təqdim edir: Qoç - çətin və mürəkkəb gündür. Problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. İşlərin hər hansı biri məcrasından çıxarsa, təşvişə qapılmayın, ruhdan düşməyin. Çevik və qıvraq olun, ətrafınızdakı insanları heyrətləndirin. Sizi nümunə sayanlar var. Ən mühüm məsələləri həll etmək olar. Onların çözümünü tapacaqsınız.Buğa - mühüm danışıqlar üçün münasib gündür. Maraqlarınızı asanlıqla müdafiə edirsiniz, sizə kimsə mane ola bilmir. Yaxın ətrafınızdakı insanların fikirlərini qulaqardına vurmayın. Ağıllı məsləhətlərə qulaq asın. Toplantı, konfrans, seminarlara qatılmaq, peşəkar fəaliyyət baxımından faydalı tanışlıqlara nail olmaq mümkündür.Əkizlər - çətin gün olsa da, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Fəal olun, məqsədə doğru qətiyyətlə irəliləyin. Nigaranlıq yarada biləcək məlumat və ya informasiyanın alınması istisna deyil. Köhnə dostlar və ya yaxın qohumlarla məsləhətləşin. Onlar dürüst qərar verməyə yardım edəcəklər.Xərçəng - pərişanlıq və ciddi uğursuzluqla qarşılaşmamaq üçün maksimum dərəcədə diqqətli olun. Problemlərin səbəblərini müəyyənləşdirin, onları aradan qaldırmağa səy göstərin. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil. Günün ikinci yarısında intuisiyanıza güvənsəniz, bilavasitə maliyyə məsələləri ilə bağlı işlərdə bəxtiniz gətirəcək.Şir - gəlir, qiymətli hədiyyə istisna deyil. Alış-veriş üçün əlverişli gündür. Sizin üçün önəmli insanlarla axşam saatlarında görüş ola bilər. Yaxşı görünməyə çalışın.Qız - maliyyə çətinlikləri ola bilər. Borc pul vermək olmaz, çünki bu pulları sonra sizə qaytarmayacaqlar. Sizdən çox yaşlı insanla hansısa iş barədə danışmayın. Axşam saatları travma risklidir. İti alətlərlə və texnika ilə ehtiyatlı olun.Tərəzi - maliyyə çətinlikləri, itkilər istisna deyil. Yaxınlarınız sizi dəstəkləməyə çalışır, yaxşı məsləhətlər verirlər. Yalnız öz fikirlərinizi həqiqət saymayın. Sükan arxasında həddən ziyadə diqqətli olun.Əqrəb - gün ərzində yaranacaq problemlərin öhdəsindən sürətlə gələ bilməyəcəksiniz. Çətin situasiyaya düşmüş insanlara yardım etməyi unutmayın. İşgüzar danışıqlar aparmaq, gələcəklə bağlı planları müzakirə etmək üçün əlverişli gündür. Müttəfiqlərlə fikir ayrılıqları yaransa belə, diskussiyanı konstruktiv məcraya yönəldin, münaqişə yaranmasına imkan verməyin.Oxatan - qəfil sürpriz, gözlənilməz hədiyyə, xoş təsadüf ola bilər. Gerçəkdən də, mühüm işdə irəliləyişə və uğura nail olmaq üçün çox çalışmalısınız. İşdən qorxmasanız, fəal olsanız, gün məhsuldar keçəcək.Oğlaq - o qədər də uğurlu olmayan gündür. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmir. Əsəbi, sinirli olmayın. Ətrafınızdakı insanlara qarşı izafi tələblərlə çıxış etməyin. Onları sərt tənqidlərə məruz qoymayın. Günün ikinci yarısında qərar və sözlərinizi çoxları anlamayacaqlar. Emosional davranmayın.Dolça - yeni işlərə həvəslə başlaya bilərsiniz. Əvvəl başladığınız işləri isə səbrlə çalışaraq tamamlayın. İşdə həmkarlar, müttəfiqlər və həmfikirlərlə ixtilaflar yarana bilər. Mübahisə və boş söhbətlərə sərf etdiyiniz zamandan faydalı işlər üçün yararlanmaq olar.Balıqlar - uğurlu, düşərli gündür. Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün əlverişli zamandır. Əslində, improvizasiyalar da pis olmayacaq. Hansı istiqamətə getməyin gərəkdiyi barədə intuisiyanız sizə məlumat verəcək. Günün ikinci yarısında mürəkkəb və qarışıq münasibətlərdə çözümə nail olmaq, yaxın ətrafınızdakı insanların özlərini rahat hiss etmələri üçün şərait yaratmaq olar.BAKU.WS

Oxşar xəbərlər

Günün ulduz falı - 6 fevral

Günün ulduz falı - 6 fevral

BAKU.WS 6 fevral tarixinin qoroskopunu təqdim edir: Qoç - baş verənlərə rəğmən bədbin olmayın, ruhdan düşməyin. Kiçik qələbələrə sevinməyi bacarın. Alış-veriş,...

2773 Şou-biznes 00:00 06 fevral 2019

Son xəbərlər