Günün ulduz falı - 4 yanvar
04
yan
2019
00:00
BAKU.WS 4 yanvar tarixinin qoroskopunu təqdim edir:Qoç - sövdələşmə, anlaşma, maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Səyahət, səfər və ya köç üçün münasib zamandır.Buğa - bütün xırdalıqları nəzərə alın. Maraqlı dəvət ala bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.Əkizlər - bütün problemləri bir həmlə ilə çözə biləcəyinizi düşünməyin. Əsla belə deyil. İnsanların çox olduğu məkanlara yollanmayın.Xərçəng - yaxşı tanımadıınız insanların yanında özünüzü rahat hiss etməyəcəksiniz. Köhnə dostlarla münasibətlərdə gərginliyin yaranmasına imkan verməyin.Şir - etibar etdiyiniz, inandığınız şəxslərlə təmaslarla kifayətlənin. Peşəkar fəaliyyət sahəsindəki perspektivlərlə bağlı məsələlərə nəzər salın.Qız - yeni imkanlar yarada biləcək insanlarla qeyri-formal şəraitdə danışıqlar aparmaq olar. İşgüzar danışıqlarda emosional olmayın. Belə davranış yaxşı heç nə vəd etmir.Tərəzi - səhər saatlarından etibarən zəhmətkeş olsanız və çalışsanız, gün uğurlu keçəcək. Yaxın ətrafınızdakı insanların qayğısına qalın.Əqrəb - yaradıcılıq potensialının səviyyəsi artır. Yeni fəaliyyət sahələrində irəliləyişlər ola bilər. Daha təcrübəli şəxslərlə birgə fəaliyyət üçün əlverişli zamandır.Oxatan - onların bilik və bacarıqlarından yararlanın. Günün ikinci yarısında emosional fon pisləşəcək. Sizdə qarışıq hisslərə səbəb olan insanlarla görüşməyin. Yaşlı qohumlarla münaqişə ehtimalı var.Oğlaq - çətin problemlərin həlli üçün əlverişli zamandır. Ciddi olun, düşünülməmiş addımlar atmayın. Qərarlarınızda ilkin təhlili unutmayın.Dolça - yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi işi başa vura bilərsiniz. Yeni tanışlara inanmağa tələsməyin. Onların arasında sizi aldatmağa çalışan da var.Balıqlar - təşəbbüskar olun, ideyalanınızı müzakirə edin. Günün ikinci yarısı uzaqdan gəlmiş insanla görüş, səfər, yaşam arealında dəyişikliklər üçün əlverişlidir. İmiclə eksperimentlər etmək olar.BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 24 oktyabr
BAKU.WS 24 oktyabr tarixinin ulduz falını təqdim edir:Qoç - Çoxdan bəri planlaşdırdığınız səfər və ya səyahətə hazırlaşa bilərsiniz. Vəzifənizin artmasını və ya...