Güneldən əri öldürülən Eceyə dəstək: "Əcəb oldu" yazırlar"

Güneldən əri öldürülən Eceyə dəstək: Əcəb oldu yazırlar
Şou-biznes 461

Müğənni Günel Zeynalova iki gün əvvəl silahlı hücum nəticəsində əri öldürülən aparıcı-aktrisa Ece Erkenə dəstək olub.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bununla bağlı status paylaşıb.

Günel Eceni tənqid edənlərə sərt şəkildə etiraz edib:

""Əcəb oldu" yazırlar. Bir həyat yoldaşı, bir övlad, ata öldü. Çox üzüldüm, şok oldum, bir can almaq bu qədər asan olmamalıdır. Allah rəhmət eləsin, səbr diləyirəm. İnsanlığımızı harada itirdik, bilən var?

Axtarmağa gedəcəm, tapsam, nə gözəl. Hər ölümdən sonra acılarınızı yarışdırmaqdan və sizə bənzəmir deyə, insanları təhqir etməkdən əl çəkin. Acının rəngi, dili, irqi yoxdur. Kimin gözyaşı axıb yanağına düşürsə, qismətdir. Qismət bizim də taleyimizdir".

Qeyd edək ki, "Beşiktaş" idarə heyətinin keçmiş üzvü Şafak Mahmutyazıcıoğlu yemək yediyi restoranlardan birində qətlə yetirilib. O, bədənindəki 7 güllə yarasından vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər