Gülşən reklam müqaviləsindən 20 milyon qazanıbmış
Türkiyəli müğənni Gülşən bu dəfə səhnə çıxışları ilə deyil, imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, iddialara görə, tanınmış ifaçı bir qəhvə markasının reklam siması olub və bu əməkdaşlıqdan 20 milyon Türkiyə lirəsi gəlir əldə edib.
Konsert proqramlarını fasiləsiz davam etdirən Gülşənin sözügedən reklam kampaniyası üçün kamera qarşısına keçdiyi və çəkilişləri artıq başa vurduğu bildirilir. Reklam çarxının yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
Maqazin dairələrində yayılan məlumata əsasən, müğənni bu reklam müqaviləsinə görə 20 milyon lirə qonorar alıb.
Lakin müqavilənin maliyyə şərtləri ilə bağlı nə Gülşən, nə də əməkdaşlıq etdiyi marka tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
Xalq artistinin "Dream Fest" obrazı maraq doğurdu - Şeir, rəsm və moda…
"Dream fest 2026"ı beynəlxalq musiqi festivalının ikinci günü keçirilib. BAKU.WS xəbər verir ki, yerli və xarici ulduzlar öz növbəsində gümüşü xalıdan keçərək K...