Güclü külək nə vaxta qədər davam edəcək?

11
avq
2019
11:15
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, avqustun 11- də Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir.Şimal -qərb küləyi arabir Maştağada 38 m/s, Bakıda 33-36 m/s, Sumqayıtda 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 29 m/s, Qum adasında 26 m/s, Çilov adasında 22-25 m/s, Neftçalada 28-33 m/s, Xaçmazda 14-18 m/s, Nabranda 20 m/s, Neft daşlarında 20-23 m/s-dək güclənib.Dəniz stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.8 metrə catır. Güclü külək axşam saatlarınadək davam edəcək.
Oxşar xəbərlər
Xəzərdə nəhəng dalğalar yaranıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 20:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentin...
