Dənizdə dalğanın hündürlüyü 10 metrə çatıb (YENİLƏNİB)

17
yan
2019
23:55
Ekologiya və Təbii Sərvətlər Nazurliyində yaradılmış Qərargah növbəti məlumat yayıb.Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, saat 23:00-a olan məlumata əsasən Pirallahıda 43 m/s, Maştağada 39 m/s, Bakıda 36 m/s, Sumqayitda 35 m/s, Günəşli yatağında 32 m/s, Şahdənizdə 31 m/s, Qum adasında 30 m/s təşkil edir. Dalğanın hündürlüyü Günəşli yatağında 10 metr, Şahdənizdə 6,6 metr olub.***Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatını yayıb.Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 21:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.BAKU.WS
Oxşar xəbərlər
Qərargah hava şəraiti ilə bağlı daha bir məlumat yaydı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.BAKU.WS xəbər verir ki, hazırda əsasən bu pro...
