Futbolçu xəyanətə görə həyat yoldaşından boşandı (VİDEO, FOTO)

Futbolçu xəyanətə görə həyat yoldaşından boşandı (VİDEO, FOTO)
Video
Şou-biznes 1313

 

Türkiyənin məşhur "Fenerbahçe" futbol klubunun oyunçusu Caner Erkin və həyat yoldaşı Asena Erkin rəsmən boşanıblar.

BAKU.WS məlumat verir ki, İstanbul Ailə Məhkəməsində hakim qarşısına çıxan cütlük boşanma şərtlərini qəbul etdiklərini deyiblər. Məşhur cütlüyün məhkəmə prosessi 5 dəqiqə çəkib. 

Məhkəmədən çıxan cütlük jurnalistlərə açıqlamalarında "Heç bir problem yoxdur, yenə bir yerdəyik, xoşbəxtik" deyiblər. Cütlüyün deyib-gülməsi diqqət çəkib.

Boşanmaları haqda İnstaqram hesabında yazan Caner Erkin Asena ilə bundan sonra dost olacaqlarını qeyd edib.

Qeyd edək ki, Asena Erkin və Caner Erkin 2010-cu ildə ailə qurublar. Cütlüyün bu nikahdan bir oğulu var. Onların evliliyindəki ilk problem Asenanın müğənni Berkayla görüşməsi ilə başlamışdı. Bu yaxınlarda isə Berkayın avtomobilinin atəşə tutulması yenidən bu xəyanəti yada salıb. Son olaraq Asenanın iş adamı Mehmet Dinçerlerlə münasibəti haqda dedi-qodular Canerlə münasibətə nöqtə qoyub. Bu hadisədən sonra cütlük birgə görünməyiblər. Caner Asenanı bir neçə dəfə xəyanətə görə bağışlasa da, sonunda ayrılmağa qərar verib.

BAKU.WS 

 

Son xəbərlər