“Fəlakət” həyat yoldaşından ayrılması xəbərinə münasibət bildirdi - YENİLƏNİB

06
avq
2019
12:27
"Fəlakət" obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov ayrılıq xəbərini təkzib edir. Elşən BAKU.WS-ə açıqlamasında, ailəsinin dağılmadığını bildirdi:"Yalan xəbərdir! Elə şey yoxdur. Bilmirəm bu şayiəni kim yayıb. Yuxudan indi ayılmışam. Telefondakı zəngləri, mesajları görüb təəccübləndim".Xatırladaq ki, Elşən Orucov və həyat yoldaşı İlahə ilə fevralın 23-də evlənib. 2018-ci ilin dekabrında cütlüyün uşağı olub.***09:47Ötən il fevralın 23-də ailə həyatı quran aktyor Elşən Orucov həyat yoldaşından ayrılıb.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, “Fəlakət” obrazı ilə məşhurlaşan sənətçi xanımı İlahə ilə bir müddətdir ayrı yaşayır.2018-ci ilin dekabrında valideyn olan Elşən və İlahənin rəsmi boşanması barədə heç bir məlumat yoxdur.Qeyd edək ki, onlar ATV-də bir yerdə çalışan zaman tanış olublar. Hazırda İlahə ATV-dən uzaqlaşaraq, fəaliyyətini İTV-də davam etdirir.
Qalereya
Oxşar xəbərlər
"Fəlakət" ata oldu - FOTOLAR
Aktyor Elşən Orucov ata olub.BAKU.WS-in məlumatına görə, aktyorun qızı dünyaya gəlib.E. Orucov "Instagram" səhifəsində heç bir şərh vermədən canlandırdığı "Fəla...
