Fədayə Laçının həbsxanada vəziyyəti pisləşdi

Fədayə Laçının həbsxanada vəziyyəti pisləşdi
Şou-biznes 1106
Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. İfaçının vəkili Türkel Süleymanlının BAKU.WS-ə verdiyi məlumata görə, son günlər havaların isti keçməsi Hepatit C xəstəliyindən əziyyət çəkən Fədayə Laçının vəziyyətini ağırlaşdırıb:"Xəstəliyi ona çox əziyyət verir. Fədayə azadlığa qovuşsa, səhhətindəki problemlərin aradan qaldırılması üçün müalicə kursu alardı. Zamanında mən müvəkkiliimin xəstəliyi ilə bağlı Nəsimi Rayon Məhkəməsində onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırdım, amma təmin edilmədi. F.Laçın kimi xəstələr həbsxanada normal müalicə ala bilmirlər". Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər