Fatimə Fətəliyeva: "Bu biabırçılığa son qoysunlar!"

Fatimə Fətəliyeva: Bu biabırçılığa son qoysunlar!
Video
Şou-biznes 223

Rəqqasə Fatimə Fətəliyeva müğənni Səidə Sultanla aparıcı Tarix Əliyev arasında yaşanan qalmaqala münasibət bildirib.

BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında video paylaşaraq məşhurları birliyə və bu qalmaqala son qoymağa çağırıb:

"Bir neçə gündür sənət aləmində çox üzücü və xoşagəlməz hadisə yaşanır. Şou-biznes deyəndə, bəziləri deyir, biz bura aid deyilik. Çoxları susur. Mən 27 ildir bu insanlarla üz-üzə gəldiyim, görüşdüyüm üçün danışıram. Xahiş edirəm, bu məsələdə ağbirçək sənətkarlarımız var, sözünü deyiblər. Onlar da sözlərini deyiblər. Bu məsələni sosial şəbəkədə yox, öz aralarında müzakirə etsinlər. Bu biabırçılığa bir son qoysunlar. Bizə övladlarımız baxır. Biz yaxşı, pis günlər görüb, nələrsə keçmişik. Övladlarımızın gözəl gələcəyi var. Niyə onları bu cür aqresiya və pis niyyətlə böyütməliyik?".

Xatırladaq ki, iki gün əvvəl müğənni Səidə Sultan aparıcıları və kanal rəhbərlərini tənqid edib. Daha sonra onunla aparıcı Tarix Əliyevlə arasında qalmaqal yaşanıb.

Son xəbərlər