Fatimə ilə Rahidə canlı efirdə söz savaşına çıxdılar. Gərgin anlar (VİDEO)

Fatimə ilə Rahidə canlı efirdə söz savaşına çıxdılar. Gərgin anlar (VİDEO)
Video
Şou-biznes 2164
Rəqqasə Fatimə Fətəliyeva ilə Rahidə Baxışova arasında Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində qalmaqal yaşanıb.

BAKU.WS xəbərinə görə, Fatimə ilə Rahidənin küsülü olduğu ortaya çıxıb.

Proqrama zəng vuran Fatimə Rahidəni qeyri-səmimilikdə günahlandırıb. O bildirib ki, müğənni məclislərdən birində onun yanından düz keçərək, salamlaşmayıb:

“Neçə vaxtdır bir sualım ürəyimdə qalıb. Bizim aramızda soyuqluq yaranıb. Bir verilişə gəldim, salamlaşdım, mənə göz süzdürdü. Bəlkə kimsə haqqımda nəsə deyib?”.

Rahidə isə öz növbəsində soyuqluğun Fatimə tərəfdən əsdiyini bildirib. Sənətçi söyləyib ki, bu yaxınlarda xına evi açdığına görə, rəqqasə onu danışdırmır:

“Beş-altı aydır bu məsələ var. Efirdə danışmaq istəmirdim. Fatimə də zəng vurub özümlə danışardı. Fatimə rəqqasə olmamışdan əvvəl mən oxuyurdum. Fatimənin rəqsini, məktəbini əlindən almamışam. Xına evi açdım, ondan sonra soyuqluq başladı. Könül Kərimovanın qızının toyunda Fatiməni gördüm, əvvəlcə tanımadım. Sonra yaxınlaşıb görüşdüm. Sonra Manaf Ağayevin oğlunun məclisində eyni masada oturduq. Gedib onunla görüşdüm. Amma onun soyuq, kinli baxışlarını hiss edirdim, otura bilmirdim. Yalandan işim olduğunu deyib, məclisdən tez getdim. Gedəndə Fatiməyə yaxınlaşıb görüşmək istəyəndə, üzünü çevirdi. Başqa bir çəkilişdə isə gəlib mənə kinayəli “salam” verdi, eləcə də cavabını aldı. Sonra da dostum Şahinə deyib ki, səninlə çalışan müğənnilər qudurur”.

Proqramın aparıcısı Tolik isə “Fatimənin həyasızlığını görməmisiniz. Onun quyruğunu tapdalayan olsa, bilirsiz, onu nə edər?” deyə, bildirib.

Nəzərinizə çatdıraq ki, Fatimə bundan əvvəl xına evi açdıqları üçün Xuraman Şuşalı, daha sonra isə Xatun Əliyeva ilə qalmaqal etmişdi.

Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər

"Rəqqasə Fatimə paxıllıqdan məni bloka atıb"– Afət - VİDEO

"Rəqqasə Fatimə paxıllıqdan məni bloka atıb"– Afət - VİDEO

ARB TV-nin “Sayqa ilə bu axşam” verilişinin qonağı olan xına təşkilatçısı, müğənni Afət Fərmanqızı maraqlı açıqlamalar verib.O, xına təşkilatçılarına meydan oxu...

1994 Şou-biznes 16:14 20 fevral 2018

Son xəbərlər