Farah Zeynep Abdullahın bu görüntüləri sevənlərini qorxutdu
Aktrisa Farah Zeynep Abdullah yeni layihəsinin çəkilişi zamanı çətin anlar yaşayıb. O həmkarı Barış Arduç ilə birlikdə rol aldığı "Soy" film meydanından foto paylaşıb.
BAKU.WS xəbər verir ki, aktrisanın bu paylaşımı qısa müddətdə müzakirələrə səbəb olub.
Fotoda Farahın ayaq və qol hissəsində göyərmələr və qızartılar olduğu diqqətdən yayınmayıb. Bu aktrisanı sevənlər arasında narahatlıq yaradıb.
Qısa müddətdə sosial şəbəkələrdə gündəmə çevrilən paylaşımın ardından aktrisanın pərəstişkarları ona "Özünə yaxşı bax", "Tezliklə sağal" və "Çox yorulmusan" kimi dəstək mesajları yazıblar.
Məlumata görə, "Soy" filmində yer alan aksiyon və yüksək fiziki güc tələb edən səhnələr səbəbindən aktrisa çəkiliş prosesində ciddi yorğunluq yaşayıb.
Paylaşım film dünyasında da geniş müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Uraz Kaygılaroğlu bundan 18 milyon qazanacaq
Məşhur aktyor Uraz Kaygılaroğlu böyük reklam qonorarı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o yeni çəkiləcəyi reklamdan 18 milyon lirə qazanacaq. Məşhur ki...