"Facebook"dan daha bir YENİLİK

Facebookdan daha bir YENİLİK
Şou-biznes 1891
 

"Facebook" şirkəti istifadəçinin əsas fotosunu mühafizə edən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hələlik sınaqlar Hindistan ərazisində keçirilir. Gələcəkdə bu funksiya bütün dünyada işləməyə başlayacaq.

Funksiya "Photo Guard" adlanır və əl ilə aktiv edilir. Bundan sonra istifadəçinin səhifəsinə daxil olan qonaqlar onun əsas şəkli ilə skrinşot edə bilməyəcəklər. Həmçinin, digər insanların şəkillərinin yüklənməsinə və istifadə edilməsinə də məhdudiyyətlər tətbiq ediləcək.

"Facebook"dan bildiriblər ki, "Photo Guard" profil şəklinin oğurlanmasından tam müdafiəni təşkil edə bilməyəcək. Ancaq sınaqlarda müəyyənləşdirilib ki, bu funksiya şəklin surətinin çıxarılması riskini 75 faiz azalda biləcək.

BAKU.WS

Oxşar xəbərlər

Facebook-dan yeni mühüm funksiya - İşə düzəlmək asanlaşır

Facebook-dan yeni mühüm funksiya - İşə düzəlmək asanlaşır

Facebook şirkəti yeni mühüm funksiyanın sınağının keçirildiyini bəyan edib. BAKU.WS xəbər verir ki, şirkətin yaydığı məlumata görə, yeni funksiya daha çox iş a...

838 Şou-biznes 15:59 08 noyabr 2016

Son xəbərlər