Estetik-cərrahla evlənən Çinarə: "Pul gözümü elə tutub ki, qısqanmağa vaxtım olmur..." - VİDEO

Aparıcı Çinarə Əliyeva şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, "Xəzər axşamı" proqramına qonaq olan Əliyeva həyat yoldaşı Ruslan Rəsulla olan münasibətlərindən danışıb.
Aparıcı qeyd edib ki, nişanlı vaxtı daha çox dava edirdilər.
Çinarə hazırda evlilik həyatında xoşbəxt olduğunu bildirib:
"Aramızda heç bir söz-söhbət olmur. O səhər çıxır işə gedir, axşam 6-da gəlir. Mən də axşam onunla sağollaşıram, 7-də toya gedirəm. Ona görə də heç bir problemimiz yoxdur. Pul gözümü elə tutub ki, qısqanmağa vaxtım olmur... Özümü tanıya bilmirəm".
Qeyd edək ki, Çinarə estetik-cərrah Ruslan Rəsulla bu ilin iyulun 17-də evlənib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
