Ertem Şener 25 kiloqram arıqlayıb belə oldu
Türkiyənin məşhur idman jurnalisti və futbol şərhçisi Ertem Şener xarici görünüşü ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o son zamanlar xeyli çəki atıb.
Bununla bağlı danışan Ertem 25 kiloqram çəki atdığını bildirib. O bu çəkini 3 ay ərzində atıb.
Ertemin qısa müddətdə bu qədər arıqlaması maraq mövzusu olub. Onun həkim nəzarəti altında zəifləmə iynəsi vasitəsilə arıqladığı ortaya çıxıb.
Qeyd edək ki, son zamanlar insanlar arıqlamaq üçün kütləvi şəkildə zəifləmə iynələrinə üstünlük verirlər.
Dünyanın müxtəlif yerlərində milyonlarla insan bu iynələrdən istifadə edərək qısa müddətdə sürətlə çəki itirir. Lakin mütəxəssislər bu dərmanların yan təsirləri barədə xəbərdarlıq edirlər.
Qalereya
Oxşar xəbərlər
Əməkdar artist hərbi xidmət keçən oğlunu ziyarət etdi
Əməkdar artist Nicat Kazımov hərbi xidmət keçən oğlu Mirismayılı ziyarət edib. BAKU.WS xəbər verir ki, bu barədə aktyor özü şəxsi instaqram hesabında paylaşım...