Ən çox hansı ölkənin qadınları ərlərinə xəyanət edir? - ARAŞDIRMA

Ən çox hansı ölkənin qadınları ərlərinə xəyanət edir? - ARAŞDIRMA
Şou-biznes 14592
Avropada aparılan bir araşdırma cütlər arasındakı sədaqət mövzusuna həsr edilib.BAKU.WS ölkə.az-a istinadən bildirir ki, "Gleeden" portal "İfop"a anket araşdırması etdirərək real nəticələri pyalaşıb. Qadınların 77 faizinə görə xəyanət edənlər qadın, 23 faizinə görə isə kişilərdir. Araşdırmaya görə Avropada həyat yoldaşına ən çox xəyanət edən kişilər italyanlardır. Qadınlarda isə bu göstərici almanlarda daha yüksəkdir. Anket sorğusunda 5min 26 nəfər iştirak edib."Euronews"un xəbərinə əsasən, Avropa ölkələrində cinsi azadlıq artsa da, qadınlar üzərində cəmiyyətin təzyiqi daha çox hiss edilir. Qadınlar kişilərə nisbətən daha az xəyanətə meylli olurlar. Bununla belə, son 50 ildə həyat yoldaşına ən azı 1 dəfə xəyanət etdiyini etiraf edən qadınların sayı 270 faiz artım olub. Kişilərdə isə eyni zaman dilimində bu artım 63 faiz təşkil edib.1970-ci ildən bu yana partnyorunu aldadan qadınların sayı kişilərə nisbətən 4 dəfə artıb. Buna rəğmən, 2019-cu ildə kişilərin 49 faizi, qadınların isə 37 faizi həyat yoldaşına ən azı 1 dəfə xəyanət edib.Qadınlar arasında ən çox alman qadınları xəyanət edir. Faiz nisbəti 43 olan bu qadınları 37 faizlə Fransa və 33 faizlə İtaliya və İngiltərə izləyir. Ərlərinə ən sadiq olan isə ispan qadınlardır. Amma ən çox xəyanət edən də italyan və ispan kişiləridir. Qadın və kişilər arasında aldatma fərqi ən az olan ölkə isə Almaniyadır.

Oxşar xəbərlər

Son xəbərlər