Azərbaycanda narkoman qadınların sayı açıqlanıb

Azərbaycanda narkoman qadınların sayı açıqlanıb
Hadisə 2912
Azərbaycanda rəsmi qeydiyyata alınan narkotik maddə alüdəçisi olan qadınların sayı azalıb.BAKU.WS-in məlumatına görə, Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı 612-si, 2017-ci ildə isə 595-i qadın olub.Ötən il yeni qeydiyyata alınan 2.115 (2016-cı ildə 2.142) narkoman qadınların 26-sı (2016-cı ildə 29-u) qadın olub.Ümumən narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.Nazirlikdən bildirilib ki, qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti iki aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha tez sürətlə qurşanırlar.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda narkotikə görə vəzifəli şəxslər tutulub

Azərbaycanda narkotikə görə vəzifəli şəxslər tutulub

Azərbaycanda 2017-ci ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilib.BAKU.WS Trend-ə istinadən xə...

3949 Hadisə 19:21 18 oktyabr 2017

Son xəbərlər