Emin Kemerevodakı faciə qurbanlarının ailələrinə 15 milyon ayırdı (VİDEO)

28
mar
2018
09:21
Məşhur bəstəkar-müğənni və iş adamı Emin Ağalarov Rusiyanın Kemerevo vilayətindəki əyləncə mərkəzindəki yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edəcək.BAKU.WS xəbər verir ki, Emin 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 15 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə ayırıb. Bu barədə o, İnstaqram hesabında məlumat verib:“Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə mən yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm. 5 şəhərdə konsert vermişəm və hər bir konsertdən 1 milyon rubl gəlirim olub.Bu isə 5 milyon rubl deməkdir. Gəlirimi Müslüm Maqomayev adına Fonda göndərirəm. Bundan əlavə, atam Araz Ağalarov başda olmaqla dostlarımla birlikdə 15 milyon rubl toplamışıq və toplamağa davam edirik”.Emin Ağalarov martın 28-də Tümendə keçirməyi planlaşdığı konsertini təxirə saldığını da vurğulayıb.Sizdə bizimlə birgə köməklik etmək istəyirsinizsə, pul köçürülməsi üçün rekvizitlər aşağıdakılardır: Alıcıının adı : Фонд Муслима МагомаеваИНН 5024111774 КПП 502401001Hesab: 407 038 107 0002 000 0063Bank: КБ “Крокус-Банк” (ООО)Krasnoqorsk ş, Moskva vilayətiБИК 044525881Müxbir hesab: 30101810445250000881 Ödəmənin məqsədi: Xeyriyyə fəaliyyətinə hədiyyə (Kemerovo)Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Emin Ağalarov klinika açır
Bəstəkar və müğənni Emin Ağalarov klinikalar şəbəkəsi açır.BAKU.WS-in məlumatına görə, RNS-ə istinadən xəbər verir ki, sözügedən klinikada stomotologiya, dəriyə...
