Emin Ağalarov bir konsertdən nə qədər pul götürdüyünü açıqladı (VİDEO)

Emin Ağalarov bir konsertdən nə qədər pul götürdüyünü açıqladı (VİDEO)
Video
Şou-biznes 4687
Tanınmış biznesmen və müğənni Emin Ağalarov şəxsi həyatı ilə bağlı bəzi məqamları etiraf edib. BAKU.WS-in primetime.az-a istinadən verdiyi məlumata görə, müğənni “Alena, blin!” verilişinə qonaq olub. Jurnalist Alenanın suallarını cavablandıran ifaçı ABŞ-da təhsil aldığı zamanlar ofisiant işlədiyini bildirib: “ABŞ-da olduğum zaman ailəmin mənim üçün göndərdiyi pulu xərcləmişdim. İkinci dəfə onlardan pul istəməyə utandım. Ona görə kafelərin birində ofisiant köməkçisi kimi işə başladım. Daha sonra ofisiant oldum. Bundan əlavə, ayaqqabı da satmışam. O zamanlar çox gənc idim. Mən, sadəcə, nəyisə tək başına edə biləcəyimi dadmaq istədim”. Ağalarov bir konsert üçün aldığı qonorarı da açıqlayıb. O, hər konsertdən 1 milyon Rusiya rublu (28400 AZN) qonorar aldığını bildirib. Şəxsi həyatından danışan sənətçi sevgilisi Alena Qavrilova ilə hələlik evlilik düşünmədiklərini deyib: “Hələ gəncəm. Düşünürəm ki, bu haqda danışmaq çox tezdir. Gələcək üçün başqa planlarım var”. Şou-biznesdən heç kimlə sevgili olmadığını deyən Emin yayılan şayiələrin həqiqəti əks etdirmədiyini bildirib: “Əsl alicənab insanlar keçmişi və münasibətləri barədə danışmaz”. BAKU.WS

Oxşar xəbərlər

Emin Ağalarov sevgilisinin ad gününü dəbdəbəli keçirdi (VİDEO)

Emin Ağalarov sevgilisinin ad gününü dəbdəbəli keçirdi (VİDEO)

Məşhur müğənni Emin Ağalarov sevgilisi Alyona Qavrilova ilə təntənəli ad günü keçirib. BAKU.WS-in məlumatına görə, müğənni sevgilisinin ad gününü Moskva ətraf...

4045 Şou-biznes 16:52 08 avqust 2017

Son xəbərlər