Emin Ağalarov sevgilisi ilə dəbdəbəli ad günü keçirdi (FOTO)
14
dek
2017
10:47
Müğənni-bəstəkar Emin Ağalarov dəbdəbəli ad günü mərasimi keçirib.BAKU.WS-in məlumatına görə, 38 yaşı tamam olan Emin özəl gününü konsert proqramını “Сrocus City Hall” keçirdib. Gecədə Eminlə birlikdə Rusiya şou-biznesinin məşhur simaları da səhnəyə çıxıblar. Emin yeni işıq üzü görən albomunu təqdim edib və həmin mahnıları həmkarları ilə birlikdə səsləndirib. Eminin atası iş adamı Araz Ağalarov səhnəyə çıxaraq oğluna arzularını səsləndirib. Konsertdən sonra müğənni ad günü partisi təşkil edib. Gecədə sevgilisi Alyona Qavrilova da Emini tək qoymayıb. “Həmişə deyirəm ki, dueti mənə qəlbən yaxın olan müğənnilərlə oxuyuram. Bütün bu möhtəşəm ifalar mənimlə səhnəyə çıxdı” deyə, sənətçi təəssüratlarını bölüşüb. TuncayBAKU.WS
Oxşar xəbərlər
Emin Ağalarov sevgilisi ilə Dubayda istirahətdə
İş adamı və müğənni Emin Ağalarov yeni foto paylaşıb. BAKU.WS xəbər verir ki, Ağalarov sevgilisi ilə fotosunu şəxsi Instagram hesabına yerləşdirib. Müğənni sevg...