Əməkdar artistin oğlu Çində nüfuzlu universitetə qəbul oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Toğrul Əsədullayevin oğlu Çindəki nüfuzlu ali məktəbə qəbul olunub.
BAKU.WS xəbər verir ki, musiqiçi bu xoş xəbəri qonaq olduğu "İncə Səhər" verilişində bölüşüb.
Toğrul Əsədullayev bildirib ki, oğlu Mirəkbər Çinin Harbin Universitetinə qəbul olub.
O, təhsilini kompüter texnologiyaları ixtisası üzrə davam etdirəcək.
Toğrul Əsədullayevin oğlu Ali təhsil almaq üçün avqustda Çinə yollanacaq.
Qeyd edək ki, Harbin Universiteti 1920-ci ildə yaradılıb.
Çinin ən nüfuzlu təhsil ocaqlarından biridir. Xüsusilə mühəndislik, texnologiya və təbiət elmləri sahəsində dünyada lider ali məktəblərdən biri hesab olunur.
Ətraflı videoda:
Oxşar xəbərlər
Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı
Ötən gün "Netflix"in Türkiyədəki 10 illik yubileyi qeyd olunub. BAKU.WS xəbər verir ki, bu məqsədlə təmtəraqlı qala təşkil edilib. Bir çox məşhurun axın etdiyi...