Əməkdar artist: "Hər birinizin qarşısında baş əyirəm..." - FOTO

Əməkdar artist: Hər birinizin qarşısında baş əyirəm...   - FOTO
Şou-biznes 1290

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhətində növbəti dəfə problem yaranıb.

BAKU.WS xəbər verir ki, "Toppuş bacı" ləqəbli aktrisa bu haqda Instagram hesabında məlumat verib. Hazırda xəstəliyi ilə bağlı kimya terapiya alan aktrisa ağ ciyər şişlərindən əziyyət çəkdiyini bildirib:

“Bütün sənət dostlarıma təşəkkür edirəm. Mənim üçün o qədər dəyərlisiniz ki... Bu qədər dualar edirsiniz, xoş sözlər deyirsiniz, diqqətiniz, qayğınız üçün hər birinizin qarşısında baş əyirəm. Mənə xəstəliyimlə bağlı çoxlu suallar ünvanlayırsınız. İndi sümük və yenə də ağ ciyər şişlərindən əziyyət çəkirəm. Amma düşünürəm, bu da keçər”.

Xatırladaq ki, Tünzalə Əliyeva bir neçə ildir, xərçəng xəstəliyindən əziyyət çəkir.

Əməkdar artist:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər