Əməkdar artist boşanma xəbərlərindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Ülviyyə Əliyeva həyat yoldaşı Manaf bəylə ayrılmaları haqda söz-söhbətlərə son qoyub.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, sənətçi "Gündən-günə" proqramında Əməkdar artist Əkbər Əlizadənin "Deyirlər ki, Ülviyyə həyat yoldaşı Manaf bəydən ayrılıb" sözlərinə belə cavab verib:
"Yaradıcılığım var. 23 ildir aktrisalıq fəaliyyəti göstərirəm. Sevmirəm ailəmlə gündəmə gəlim. Sosial şəbəkədə varam, amma ailəmlə bağlı paylaşım etmirəm. Bu, mənim özəlimdir. Heç kəsə ixtiyar vermirəm ailəmi kimsə müzakirə etsin.
İyunda ailə qurmağımızın 3 ili tamam olur. Xoşbəxt ailəm var. Bir-birimizi başa düşən, sözü boğazından keçən ailəyik. İstəmirəm çirkab sözlərlə çirkləndirsinlər. Paylaşmıram, o demək deyil ayrıldıq. Paylaşmaq üçün yetərincə materialım var. Özəlimdir, yuvama toxunmayın".
Oxşar xəbərlər
Aktrisa Nərgiz Əliyeva: "3 gün cinlərlə yaşamışam" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aktrisa Nərgiz Əliyevadır. - Özünüzü necə təqdim edərdiniz?- Nərgiz Əliyeva. - Necə oldu ki, "Maşın şou"ya qatıldınız?- "Maşın şou"...