Elza Seyidcahandan yeni şeir:" Mənim kimi bir pozğuna..."

Elza Seyidcahandan yeni şeir: Mənim kimi bir pozğuna...
Şou-biznes 4398

Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib. Sənətçinin bu şeiri də bir mənalı qarşılanmayıb.

BAKU.WS həmin şeiri təqdim edir:

Yorğunam mən,

Özüm bilərəm, 

Yaşamağı dadıram

Yaxşılıqla yatıram

Yaxşılıqda yanıram

Mən yandıqca qanıram

Azmışam mən

Pozğunluğun yollarında

Yatmışam mən

Yaxşılığın qollarında

Döşəyimin yorğanıyam.

Yumru-yumru, yumru-yumru

Buludların arxasından

Vurğunuyam nəsihətin

Ölürəm acından onun üçün

Yeyərəm onu "uff" demərəm

Axı, o mənim hürriyətim

Min bir sahibi vardır

Mənim təmiz əxlaqımın

Dedi-qodudan

Qorxusu olmaz

Saf su tək əxlaqımın

Səhər-axşam qalxanıyam.

Çirkinliyin

Miskinliyin fərmanıyam

Küskünlüyün dərmanıyam

Qəmlər bir cür yozqundur

Dəmlər yüz cür yozqundur

Pozğunluğun acından

Ölüm acından.

Öldürəcəm acından

Ölün acından

O pozğun ki,

Mənim kimi bir pozğuna

Qoy rast gəlsin istəyirəm

Ey pisliyin pozğunları

Pozğun olub yaxşılıqda

Arxalıqda, yamanlıqda

Arxalıqda, yamanlıqda

Samanlıqda eşələnər

Köməyinə guya gələr

Səsə-küyə ürpələnər

Alışdıqca

Mən pozğunam

Sən də pozğun ol deyəcək

Mənim kimi.

- İtin kimi etibarlı

Olmağı mən istəyirəm.

Toxluğuyam yamanlığın

Çoxluğuyam tamamlığın

Vurğunuyam təsirliyin

Aşiqiyəm yönlülüyün

Heyranıyam adlılığın

Zirvəsiyəm yerliliyin

Ustadıyam çıxışlığın

Atılanıyam yaxşılığın

Heç kəs özünü

Saya bilməz.

Tam əxlaqlı adam.

Nə qədər ki, deyil.

Hamı.

Tam əxlaqlı adam.

BAKU.WS

Son xəbərlər