Elza Seyidcahandan yeni şeir: Can, can, can xancan, Xan, xan, xan sancan
Ekstravaqantlığı ilə seçilən müğənni, Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib.
BAKU.WS-in məlumatına görə, ifaçı yeni "əsərini "İnstagram”da paylaşıb.
O, şeiri həmkarı əməkdar artist Nüşabə Ələsgərlinin anasının il mərasimində qoşduğunu qeyd edib. "Orada molla belə bir ifadə işlətdi - "respublikanın qaymaqları bu gün bura yığışıb”. Elə oradaca bu misralarla başladım və görün gedib hara çıxdım. Sanki şeir yox, poema yarandı”, yazaraq o yeni "əsəri" haqqında fikrini bölüşüb.
E.Seyidcahan şeirinin pir parçasını paylaşsa da, tam formada çıxacaq kitabında yer alacağının anonsunu verib. İstiPress həmin "poema"nın bir hissəsini təqdim edir.
Söz gələr, keçər gedər
Üz-üzə gülürük yetər.
Bir-birimizin ardınca
Mini gələr, çıxar gedər.
Olmayaq biz qaymaq,
Qayğanaqdan doğaraq
Olaq biz iti caynaq.
Caynaqlarımız ilişsin
Bir-birilərinə girişsin.
Qaynaqlanaq, bağlanaq
Düşmənlər dağ-dağ olsunlar,
Çatlasınlar, soyunsunlar,
söyülsünler.
Bir siftədən, bir nüftədən yaranmışıq,
Yarandiqca, yaratmışıq
Yaratdıqca, yaşatmışıq,
Yaçatdıqca yaşamışıq.
Gəl olaq biz qaynaq,
Qaymaq yox, cüt caynaq....
Bu həyatda dayanaq diz üstə...
Oyanaq göz üstə, danışaq baş üstə,
Birləşək söz üstə, uzanaq üz üstə, yan üstə.
Can, can, can xancan.
Xan, xan, xan sancan.
Dayican, can bibican,
Sən atacan, ay anacan...!
Bacican, qardaşcan.
Gəlmişik biz buracan.
Gel olaq biz baycan ...!
Oxşar xəbərlər
Elzadan növbəti şeir: “Sındırmağa qozum yoxdur, sındırıram fındığımı”
Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. BAKU.WS xəbər verir ki, bəstəkar-müğənni yeni şeirini "İnstagram” bloqunda paylaşıb. Yeni şeiri oxuculara təqd...