Elgiz: "Əri və uşaqları yanımızda ola-ola birin geyinib, birini soyunurdu" (VİDEO)
Aparıcı Elgiz Əkbər uzun fasilədən sonra ilk dəfə efirə çıxıb.
BAKU.WS xəbər verir ki, "ARB TV”də yayımlanan "Gəlin danışaq” verilişinə qatılan aparıcı maraqlı açıqlamalar verib.
"Mən sizə bir şey danışım. Bir dəfə bir aparıcı var onunla onlara getdim. Həmin aparıcı da çox tanınan biri deyil, arada bir efirlərdə olur, sonra itir, yenə qayıdır. Bir ortaq dostumuz var idi onun ad gününə ikimiz bir getməli idik. Onun üçün də bunların evinə gəldik ki, geyinsin gedək. Əri və uşaqları yanımızda ola-ola birin geyinib, birini soyunur. Mənim də ürəyim sıxılır ki, tez olsun gecikirik. Mənə qayıdıb dedi ki, Elgiz məni qınamayın, mən ulduzam. Mən fərqli olmalıyam. Sözündən belə çıxdı ki, sən elə belə adamsan, mən ulduzam. Bəzi insanlar elə başa düşür ki, 5-6 dəfə televiziyaya çıxırsa, artıq məşhurdur. Mən bu zirvəyə çatmaq üçün çox əziyyət çəkmişəm”.
"Bu, mənim öz günahımdır. Mənə çoxlu layihələr təklif olunub. Obyektiv səbəblərdən dəyərləndirə bilmədim. Səhhətimdə problem oldu. Bir az ciddi problem idi. əsəb, stress üst-üstə yığılmışdı. İstənilən adamdan soruşsan, deyəcək ağrıyıram. Müalicə olundum. Elə hesab edirəm ki, pələng kimiyəm. Bundan sonra efirdə tez-tez görünəcəyəm. Hər kəsə təkliflərə görə "sağ ol" deyirəm. Bundan sonra dəyərləndirəcəyəm”.
BAKU.WS
Oxşar xəbərlər
Elgiz azərbaycanlı kişiləri tənqid etdi: Caamaatın arvadından...(VİDEO)
ANS TV-nin keçmiş aparıcısı Elgiz Əkbər ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişində qonaq olub. BAKU.WS xəbər verir ki, maraqlı açıqlmalar verən Elgiz Əkb...