Eldar Mahmudov iş adamının oğlunun toyunda iştirak edib?

Eldar Mahmudov iş adamının oğlunun toyunda iştirak edib?
Şou-biznes 3935

 

Yerli KİV-in yaydığı məlumata görə, keçmiş MTN rəhbəri Eldar Mahmudov tutduğu vəzifədən kənarlaşdırıldıqdan sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

Mətbuatın yazdığına inansaq, E.Mahmudov "AGbank”Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun "Böyük Saray” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib.

Virtualaz.org saytı araşdırıb ki, əslində yazılanların heç biri həqiqətə uyğun deyil. Belə ki, nəinki Eldar Mahmudov toyda iştirak etməyib, ümumiyyətlə həmin gün o bankirin oğlunun toyu olmayıb.

Sonradan məlum olub ki, şənbə günü biznesmen Çingiz Məsimovun oğlunun toy mərasimi keçirilib. Düzdür, mərasimdə çoxlu sayda ictimai xadim, deputat, məmur, tanınmış şəxs iştirak edib. Amma hazırda ev dustaqlığında olduğu bildirilən keçmiş MTN rəhbəri Eldar Mahmudov onların arasında olmayıb.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudov bankir oğlunun toyunda göründü

Eldar Mahmudov bankir oğlunun toyunda göründü

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini dövlət və vətəndaşlar üçün milli təhlükəyə çevirən sabiq nazir Eldar Mahmudovun nə zaman həbs olunacağına dair sual...

12967 Hadisə 10:36 12 sentyabr 2016

Son xəbərlər