Elçin Cəfərovun "Sənsiz gecələr"i trend oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Elçin Cəfərovun yeni mahnısı "Sənsiz gecələr" trenddə öz yerini alıb.
BAKU.WS xəbər verir ki, sənətçinin yutub kanalına yerləşdirilən mahnı qısa zaman ərzində 65 min izlənmə əldə edərək trendin 28-ci pilləsində qərarlaşıb.
Bundan əlavə bəstə "TikTok" sosial şəbəkəsində də viral olub.
Dinləyicilər ifaya böyük maraq göstərib və ona çəkilən minlərlə video sosial media platformalarında paylaşılıb.
Xatırladaq ki, mahnının sözləri Orxan Mürvətli və Tural Xaniyə, musiqisi isə Elçin Cəfərovun özünə məxsusdur.
Klipin rejissoru Ali Zamansoy, prodüseri isə Alim Kərimovdur.
Oxşar xəbərlər
Xalq artistinin oğlu Çində Ali təhsil alır
Xalq artisti Miri Yusifin oğlu Çində maliyyə üzrə təhsil alır. BAKU.WS xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişində bildirib. O böyük oğlu Mircahi...