Əfsanəvi Alen Delonun evindən çox sayda silah-sursat tapıldı
28
fev
2024
13:05
Fransa polisi kino əfsanəsi Alen Delonun evindən 72 silah və 3 mindən çox güllə ələ keçirib.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
Aktyorun Parisdən təqribən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbondakı evində də atış poliqonu tapılıb.
Prokurorlar Delonun silah icazəsi olmadığını bildiriblər.
Axtarışlar məhkəmə rəsmisinin Delonun evində silah görüb hakimə xəbər verməsindən sonra aparılıb.
Qeyd edək ki, 88 yaşlı əfsanəvi aktyor "Samuray" (1967) və "Borsalino" (1970) kimi filmlərdə sərt görünüşlü obrazları canlandırıb.
Oxşar xəbərlər
Alen Delonun övladları aktyoru öldürməyə cəhddə ittiham olunurlar
Məşhur fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar. Özünü Fransa kino ulduzunun keçmiş həyat yoldaşı adlandıran Hi...