Dünyanın ən varlı narkobaronu haqqında bilinməyənlər (VİDEO)

Dünyanın ən varlı narkobaronu haqqında bilinməyənlər (VİDEO)
Video
Şou-biznes 5306

  

Kolumbiyalı narkotik qaçaqçısı Pablo Eskobar dünyanın ən məşhur narkobaronlarından biri sayılır. 

BAKU.WS-in məlumatına görə, Eskobar da ilk cinayətkar fəaliyyətinə Medellin şəhərində maşın oğurluğu edərək başlayıb. Xırda oğruluğun təhlükəli və az qazanclı olması səbəbindən Eskobar 1970-ci illərdə narkotik biznesinə başlayıb. Narkotikdən əldə edilən gəlirlər hesabına qısa zamanda varlanan Eskobar 1975-ci ildə Medellin şəhərində bütün narko kartellərinin tabe olduğu və baş narkobaron kimi tanınan Fabio Restreponu öldürmək göstərişi verib. Fabio Restreponu ölümündən sonra Kolumbiyada olan bütün narkotik transferi Eskobarın nəzarətinə keçib. 1976-cı ildə ABŞ-da satılan narkotikin 80% gəliri Eskobarın hesabına yazılırdı.

1980-cı illərin əvvələrində Eskobar özünün böyük narkotik imperiyasını yaratmışdı. ABŞ, Meksika, Puerto Riko Pakistan və Tayland kimi ölkələrə narkotik satışı ilə Eskobarın karteli məşğul olurdu. Pablo Eskobarın vardatı durmadan artırıdı. Gün ərzində 20 - 40 kiloqram narkotik satışı ilə məşğul olan Eskobarın karteli, narkotikin qramını ən ucuz halda 150 dollara satırdı. Bu şəkildə gün ərzində milyonlar qazanırdı. 1983-cü ildə öz biznesini daha təhlükəsiz idarə etmək məqsədi ilə millət vəkili seçilmək istədi. Həmin keçirilən parlamet seçiklərində parlamentə deputat kimi daxil oldu. Pablo Eskobarın deputat seçilməsi yerli qəzetlərdə qanunun Eskobar tərəfindən satın alınması kimi təqdim olundu. Yüksək vəzifəli dövlət məmurları ilə yaxşı münsibətdə olan Eskobar öz biznesini durmadan genişləndirirdi.

Pablo Eskobarın adamları 200-ə yaxın müstəntiqin və 1000 yaxın polisin öldürülməsində günahlandırıldı. 1989-cu ildə bir jurnalist əlində Eskobarı həbs edəcək qədər dəlil olduğunu açığladı. Həmin şəxs dəliləri polisə gətirmək ücün təyyarəyə minən zaman Eskobarın adamları tərəfindən təyyarə havada partladılıb. Hadisə nəticəsində jurnalistdə daxil olmaqla 110 nəfər həlak olmuşdu. 1990-cı ildən etibarən Pablo Eskobar təqib olunmağa başlayır. Mətbuata verdiyi bir açıqlamasında əgər polis tərəfindən rahat fəaliyyət göstərməsinə şərait yaradılarsa, Kolumbiyanın bütün xarici borcunu ödəməyə hazır olduğunu bildirmişdi. 1992-ci ildə onun haqqında axtarış verilib. Eskobarın həbs olunmasını ən çox yerli polislər istəyirdi. Hər bir polisin öldürülməsinə görə 3 min dollar vəd edən Eskobar polislərdən nifrət etdiyini hər zaman dilə gətirib.

Medellin şəhər polis departamentinin rəhbəri Martinez, polislərlə birlikdə Pablo Eskobarın cəsədi yanında gülərək poza verməsi (2 dekabr, 1993)

 

Eskobarın hər bir polisin başına 3 min dollar mükafat elan etməsi, 1970 - 1980-cı illərdə 400 nəfər polisin ölümünə səbəb olub. 1993-cü ildən etibarən Eskobar gizlənməyə başladı. Medellin polisi Eskobarın bu şəhərdə gizlənməsi haqqında ətraflı məlumata sahib idi. Onun yerinin müəyyən edilməsi ücün aparılmış əməliyyat prosesi 6 ay çəkib. Eskobarın ələ keçməsində oğlu Juan Pablo ilə saatlarla telefonla danışması səbəb olub. Polis tərəfindən yerinin müəyyən olduğunu anlayan Eskobar gizləndiyi evin damına çıxıb. Polisin çardağa atəş açması nəticəsində ağır yaralanan Pablo Eskobar hündürlükdən yıxılaraq ölüb.

Futbola böyük marağı olan Eskobar həbsdə olduğu müddət ərzində, Kolumbiya milli futbol komandası ilə həbsxanada yoldaşlıq oyunu təşkil edib. Narkotik ticarətindən milyard dollarlar qazanan Pablo Eskobar heç vaxt narkotikdən və siqaretdən istifadə etməyib. Eskobar və ailəsi haqqında olan bəzi maraqlı məlumatlar onun həyat tərzinin sadə olduğunu göstərir. Övladlarının çoxlu pul xərləməsinə və siqaret çəkməsinə qarşı olan Eskobar, Medellində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırıb. Bu səbəbdən əksər Medellinlilər onu müsbət şəxs kimi xarakterizə edirdilər.

Nazim Babayev

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ŞOK: Ata qızına narkotik satdırdı - VİDEO

Bakıda ŞOK: Ata qızına narkotik satdırdı - VİDEO

Abşeron polisi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfərin qoluna qandal vurub. Həbs edilən dəstə üzvlərindən ikisi isə ata ilə onun doğma...

1832 Hadisə 09:47 07 iyul 2016

Son xəbərlər