Dünyanın ən təhlükəli narkotiki: Ucuz və tez asılılıq yaradan dezomorfin

Avropanı əsarəti altına salan dezomorfin adlı narkotik vasitə Türkiyə üçün də böyük bəlaya çevrilib.
BAKU.WS xəbər verir ki, narkotik maddə aludəçilərinin ən çox istifadə etdiyi bu vasitə digərlərinə nisbətən ucuzdur.
Dezomorfin tərkibinə görə ən qorxunc kimyəvi daşıyıcıya malikdir. Bu kimyəvi maddə orqanizmə daxil olduqda, əti çürüdür.
Ondan istifadə edən şəxs 2 il ərzində ölümə məhkum olur. Məhz bu xüsusiyyət onu digər narkotik maddələrdən fərqləndirir. Ona görə də, onu insanlar arasında “Krokodil” adlandırırlar.
Dezomorfin hətta heroindən də güclü təsirə malikdir. “Krokodil”dən bir dəfə ən az doza belə istifadə edən şəxs onun aludəçisinə çevrilir.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
“Çəkəni olmuşam, iyini bilirdim” – Meşədən marixuana tapıb qurudan narkoman - VİDEO
Naftalanda narkotik istifadəçisi saxlanılıb.ARB TV xəbər verir ki, polis şöbəsinə Ağsu sakini İmadəddin Talıbovun üzərində narkotik vasitə gəzdirməsi barədə məl...
