Dünyada bu pendirdən cəmi 45 ton istehsal olunur – VİDEO

Dünyada bu pendirdən cəmi 45 ton istehsal olunur – VİDEO
Video
Şou-biznes 1463

Türkiyədə istehsal olunan “Divle Obruk” pendiri dünyanın bir çox ölkəsində süfrələrin ən dadlı nemətinə çevrilib.

BAKU.WS xəbər verir ki, bu pendir Karamanda hazırlanır. Karamanda keçi və qoyun südündən hazırlanan pendir həm də çox çətin istehsal prosesi keçir.

Dünyada bu pendirdən cəmi 45 ton istehsal olunur – VİDEO

Pendirin daha ləzzətli və keyfiyyətli alınması üçün onu fərqli coğrafi şəraiti olan Karaman meşəsindəki mağarada saxlamaq lazımdır. Həmin mağaza 36 metr dərinlikdə, 250 metr uzunluğundadır. Mağaranın temperaturu və rütubəti isə hər saat dəyişkən olduğu üçün orada saxlanılan pendiri quzu dərisində qoyurlar.

Dünyada bu pendirdən cəmi 45 ton istehsal olunur – VİDEO

Pendirin tutulması may ayından başlanılmalıdır. Dəriyə doldurulan pendir 5 ay saxlanılmalıdır. Pendir 5 aydan sonra tam hazır olur. Dəri isə 5 ay sonra qırmızı rəng alır.

Dünyada bu pendirdən cəmi 45 ton istehsal olunur – VİDEO

Türkiyənin özündə belə həmin məhsul az tapılır. Çünki bu pendir ildə bir dəfə hazırlanır. Ancaq həmin mağarada hazırlandığı üçün onu ildə bir dəfə 45 ton istehsal edirlər. Çünki mağaranın tutumu 45 ton olur. Lakin Türkiyəyə bu pendirdən ildə 800 ton sifariş gəlir.

Dünyada bu pendirdən cəmi 45 ton istehsal olunur – VİDEO

Bu səbəbdən də, təmiz “Divle Obruk” pendiri çox baha olur. Lakin dünyanın müxtəlif ölkələrində bu ad altında pendir satışına rast gəlmək olur. Alıcıların çoxu isə həmin məhsulların əslində “Divle Obruk” pendiri olmadığını bilmir.

Ziya SƏCCADBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qarnı necə əritməlisiniz?

Qarnı necə əritməlisiniz?

Pəhriz və idmanla vücudun hansısa nahiyəsini əritmək, arıqlamaq təəssüf ki, mümkün deyil.BAKU.WS immunitet.az-a istinadən bildirir ki, göbək nahiyənizdəki yağla...

3512 Şou-biznes 12:10 18 fevral 2018

Son xəbərlər