Ebru Gündeşin toyundan ilk görüntülər - FOTO/VİDEO

Ebru Gündeşin toyundan ilk görüntülər - FOTO/VİDEO
Foto Video
Şou-biznes 5

Güclü səsi və üslubu ilə hər zaman gündəmə gələn Ebru Gündeş 12 yaş kiçik sevgilisi, iş adamı Murat Özdemirlə evlənib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün özəl günü Türkiyənin Dubaydakı səfirliyinə baş tutub.

Nikahdan sonra Gündeş İnstaqram hesabında paylaşım edib.

Mərasimdən əvvəl qısa ağ paltar seçən Ebru Gündeş evdən Murat Özdemirin əlindən tutaraq nağara və tütəklərin müşayiəti ilə çıxıb.

Nikaha konvoyla gedən sənətçi üstü açıq maşında rəqs edib.

Məşhur müğənni tikiş detallı gəlinlik geyinib. Murat Özdemir isə ağ-qara rəngli bəy kostyumuna üstünlük verib.

Xatırladaq ki, bu Ebru Gündeşin 4-cü evliliyidir.

Onun ilk evliliyi 16 yaşında ikən Hamdi Vardarla, ikinci evliliyi isə 2002-ci ildə vəkil Ömer Durakla olub.

Onun son evliliyi iranlı iş adamı Reza Zərabla olub. Onların bu evlilikdən Alara adlı bir qızları var.

Qeyd edək ki, Özdemirin ilk evliliyindən 2, ikincidən isə 1 övladı var.

Son xəbərlər