Dilarə xalçalarla FOTOSESSİYA etdirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Dilarə Kazımova yay mövsümünə çoxdan gözlənilən səs-küylü işi ilə açılış edib.
BAKU.WS xəbər verir ki, hər layihəsi ilə şou gündəmini silkələməyi bacaran sənətçi "Back to the Roots" ("Köklərə Qayıdış") adlı yeni fotolayihəsini sevənlərinin ixtiyarına verib.
Belə ki, Kazımova kamera önünə keçərək Qarabağ naxışları ilə işlənmiş zərif yaylıqlarımız, qədim Azərbaycan xalçasına bürünüb.
D. Kazımova mətbuata yaydığı açıqlamada layihəsindən də danışıb:
"Milli xalçalara olan sevgimiz qanımızdan keçir. Bu təkcə daxili əşya deyil, bu tarixdir, ənənələrdir və hər evdə istilikdir.Təsəvvür edin ki, ustalar nəsillərə toxuculuq sirlərini necə ötürür, evlərimizi bəzəyən şah əsərlər yaradırlar. Mən Məşədi Hilal Kazımovun nəticəsi və Bakıxanovların nəslindən bir nümayəndə olaraq öz köklərimə həmişə dəyər vermişəm. Əcdadlarımız bizə həm yaradıcılıqda, həm Vətən sevgisində, həm də milli kimliyində çox böyük irs qoyublar".
İdeyası Dilarənin özü və Jalə Bağırovaya məxsus ekran işinin fotoqraflığını Tamilla Raxmanina edib.
Qeyd edək ki, layihənin rəhbəri D.Kazımovanın özüdür. Estrada ulduzu yeni mahnı və klip üzərində çalışır. Yeni layihəsinin tezliklə təqdim olunacağını bildirib.
Oxşar xəbərlər
Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan"
Türkiyəli müğənni Çelik 25 tələbəyə ümumi dəyəri 1 milyon lirəyə çatacaq təqaüd yardımı göstərəcəyini açıqlayıb. BAKU.WS xəbər verir ki, sənətçi Murat Dinlerin...