Dilarə “Dəli”ni təqdim etdi - VİDEO

Dilarə “Dəli”ni təqdim etdi - VİDEO
Video
Şou-biznes 11

Müğənni Dilarə Kazımova yeni “Dəli” adlı mahnısını təqdim edib.

BAKU.WS xəbər verir ki, mahnı üçün kamera qarşısına keçən Dilarə klipdə bir neçə obrazda olub.

“Dəli”nin sözləri və musiqisi Fidan Aliyevaya aiddir. Sənətçinin klipini Nail Naiboğlu ərsəyə gətirib.

İdeyası Dilarənin özü və Fidan Aliyevaya məxsus ekran işində estrada ulduzu gündoğan ölkə Yaponiyanın başlıca rəmzi sayılan samuray qadın obrazında olub.

Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin "YouTube" kanalında yayımlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər