Damlanın "İlan"ı başına bəla oldu: "Quran" sizə qənim olsun" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Damlanın sevənlərinə yeni təqdim etdiyi klipi müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, sənətçinin "İlan" adlı mahnısına çəkdirdiyi ekran işindəki rahibə obrazı tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Onlar Damlanın boyununa xaç taxıb kilsəyə daxil olmasının müsəlmana yaraşmadığını bildiriblər.
Onlar "Din, "Quran" sizə qənim olsun" deyərək ifaçını tənqid ediblər. Bu haqda Damla sosial şəbəkə hesabında bildirib. O, video yayımlayaraq ünvanına deyilən tənqidlərə cavab verib.
Xatırladaq ki, Damla "İlan" mahnısına çəkilən klipini ötən gün təqdim edib. İfaçı klipdə bir neçə obrazda olub. Mahnının sözləri və musiqisi MİRO-ya aiddir. Sənətçinin klipini "Orxansway" ərsəyə gətirib. Hər dəfə layihələrində fərqli obrazda kamera qarşısına keçən Damla klipdə rahibə obrazında olub.
Ətraflı videoda:
Oxşar xəbərlər
Milyarddan çox baxış toplayan azərbaycanlı müğənnilər - VİDEO - SİYAHI
Şou-biznes əhli zaman-zaman şəxsi həyatları, bahalı və lüks yaşayış tərzləri ilə gündəmə gəlsələr də, onlar arasında sənət nümayiş etdirənlər də az deyil. Səhər...