Demet Şenerlə İbrahim Kutluayın 8 illik küslülüyü bitdi
Keçmiş model Demet Şener qalmaqallı şəkildə boşandığı keçmiş basketbolçu İbrahim Kutluayla barışıb.
BAKU.WS xəbər verir ki, 2018-ci ildə həyat yollarını ayıran cütlüyün 8 illik küslülüyü bitib.
Onların illər sonra bir araya gəlməyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Demet Şener açıqlama verərək övladları İrem və Ömər üçün barışdıqlarını bildirib. Keçmiş model övladlarının xoşbəxtliyinin hər şeydən üstün olduğunu vurğulayıb:
"Biz valideynik və övladlarımız var. Onların həyatında həm ananın, həm də atanım birlikdə var olması hər şeydən vacibdir. Keçmişdə qalanlar orada qaldı. Bu gün səhifəni tamamilə övladlarımızın gələcəyi üçün açmışıq".
Oxşar xəbərlər
Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub. Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan...