Damar tıxanmasından bizi qoruya biləcək 7 məhsul

Damar tıxanmasından bizi qoruya biləcək 7 məhsul
Şou-biznes 3755
İldən ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı artır.Düzgün olmayan qidalanma damar problemlərinin əsas səbəblərindən biridir.Alimlərin fikrinə görə, damarların əsas düşmənləri şəkər və trans-yağlardır (marqarin və s.). Şəkərın çoxlu miqdarda istehlakı damarlarda xroniki iltihaba səbəb olur. Trans-yağlar isə orqanizmdə pis xolesterinin səviyyəsini artırır. Xolesterin iltihablaşmış damarlarda yığılır, damarları daraldır, onları zəif və kövrək edir. Belə damarlar tıxana, partlaya bilər ki, bu da infarkt və insulta gətirib çıxardır. Əksinə isə bəzi məhsullar var ki, onların istehlakı damarları xolesterindən təmizləyir və möhkəmləndirir, infarkt və insultun riskini azaldır. Bu hansı məhsullardır?BAKU.WS saglamolun.az-a istinadən həmin məhsulları təqdim edir: 1. Yulaf yarmasıLiflərlə zəngin olan yulaf yarması xolesterinin səviyyəsini aşağı salır. 2. QuşüzümüAntioksidantlarla zəngin olduğundan quşüzümü ürək-damar sistemini möhkəmləndirir, aterosklerozun riskini azaldır.3. Çia toxumuBu unikal məhsul omeqa-3 yağlı turşuların sayəsində qanda xolesterin və triqliseridlərin səviyyəsini aşağı salır, damarları möhkəmləndirir.4. Yağlı balıqBalıq omeqa-3 və omeqa-6 yağlı turşularla zəngindir. Bu turşular ürək-damar sistemi xəstəliklərinin profilaktikasında mühüm rol oynayır.5. AvokadoAvokado damarlarda iltihabları azaldır.6. QulançarVitamin, minerallar və liflər sayəsində qulançar pis xolesterini və təzyiqi aşağı salır.7. PomidorPomidorun tərkibində olan likopen damarları xolesterindən təmizləyir.BAKU.WS

Oxşar xəbərlər

XƏBƏRDARLIQ: Bu şəxslər energetik içkilərdən qəti istifadə etməsin!

XƏBƏRDARLIQ: Bu şəxslər energetik içkilərdən qəti istifadə etməsin!

Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və...

6714 İqtisadiyyat 10:16 04 avqust 2018

Son xəbərlər