“Çukur”un “Vartolu”su Bakıya gəlir

“Çukur”un “Vartolu”su Bakıya gəlir
Şou-biznes 1404

Türk telekanallarının izləmə rekoru qıran məşhur serialı "Çukur"un sevilən aktyorlarından Erkan Kolçakköstendil (Vartolu) Azərbaycana gəlir.

BAKU.WS xəbər verir ki, aktyorun baş rolda oynadığı “12 Numaralı Adam” (“12 nömrəli şəxs”) tamaşa oyunu 16 dekabr 2018-ci il 20:00 tarixində Nizami Kinoteatrında səhnələşdiriləcək. Məşhur aktyor tamaşa üçün Bakıya səfər edəcək.

Qeyd edək ki, 1983-cü ildə doğulan aktyor ilk dəfə TRT1 kanalında yayımlanan "Sakarya Fırat" serialındakı Mahmut Karakum rolu ilə tanındı.

Sonra isə "Çukur" serialında Vartolu obrazı ilə daha da məşhurlaşdı.

Cavid BabayevBAKU.WS

Oxşar xəbərlər

Yıldız Tilbe Bakıya gəlir - İLK DƏFƏ

Yıldız Tilbe Bakıya gəlir - İLK DƏFƏ

Türkiyə qədər Azərbaycanda da sevilən məşhur müğənni Yıldız Tilbe Bakının qonağı olacaq. BAKU.WS xəbər verir ki, ilk dəfə Azərbaycana səfər edəcək ifaçı oktyabr...

1554 Şou-biznes 15:15 31 iyul 2018

Son xəbərlər