Corc Qafarov işdən ayrılma səbəbini açıqladı: "Cəhənnəmə, qara-gora oyna, mən də səni istəmirəm"

Gənc aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı işindən çıxmasından danışıb.
BAKU.WS xəbər verir ki, onun işdən çıxmasına səbəb teatrın rəhbəri Mehriban Ələkbərzadə ilə dava etməsi olub.
"İşdən çıxmağıma səbəb Mehriban Ələkbərzadənin "Cəhənnəmə, qara-gora oyna. Mən də səni istəmirəm. Ərizəni yaz və işdən çıx" sözləri olub. Azərbaycan kinosunun vəziyyəti hamıya bəllidir.
Mən oradan bərk yapışacaq adam deyiləm. Teatrın mənə ehtiyacı var idi, ona görə orada idim. Məşq vaxtı dedi, sıfırsan, kobudsan, kötüksən. Axırda cavab verdim ki, rolu istəyərək oynamıram. Dedi, cəhənnəmə oyna".
Xatırladaq ki, iki gün əvvəl mətbuatda Corc Qafarovun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı işindən ayrılması ilə bağlı xəbərlər dərc edilib.
Oxşar xəbərlər
Bu məşhurlar Cennifer Lopezlə şəkil çəkdirmək üçün 1 milyon ödədilər
Məşhur müğənni Cennifer Lopezin Antaliya konserti bir sıra məqamlarla yadda qalıb. BAKU.WS xəbər verir ki, bunlardan biri də, 50 nəfərin Lopezlə şəkil çəkdirmə...