"Çocuklar Duymasın"ın ata və oğulu 23 İL SONRA BİR ARADA
Bir zamanların sevilərək izlənilən serialı "Çocuklar Duymasın"ın ata-oğul obrazları Özgür Ozan və Alperen Khamis illər sonra bir araya gəliblər.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb. Aktyorların illər əvvəlki və indiki fotolarını müqayisəli şəkildə paylaşılıb.
Bir zamanlar çəkiliş meydanında yaranan isti münasibətin hələ davam etməsi ekran işini izləyənlərə təsirli anlar yaşadıb.
Xatırladaq ki, "Çocuklar Duymasın" ilk dəfə 2002-ci ildə ekranlara gəlib. 2019-cu ilə qədər çəkilişlər davam edib.
Serialın rejissorluğunu Bora Tekay və Raşit Çelikezer ediblər.
Oxşar xəbərlər
Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı
Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan barəsində istintaq başladılıb. BAKU.WS xəbər verir ki, Van Baş Prokurorluğun...