“CinemaPlus”da Azərbaycan dilinə dublyaj olunmuş 18+ film: “Qonşu” (VİDEO/FOTO)

“CinemaPlus”da Azərbaycan dilinə dublyaj olunmuş 18+ film: “Qonşu” (VİDEO/FOTO)
Video
Şou-biznes 4882

"CinemaPlus” premium kinoteatrlar şəbəkəsi Azərbaycan dilinə peşəkar şəkildə dublyaj olunmuş sayca beşinci filmin nümayişinə başlayıb. 

BAKU.WS xəbər verir ki, 2016-cı ildə "Cinemazadeh” studiyası tərəfindən dublyaj olunan "Qonşu” filmi kriminal triller janrındadır. 

Dublyajın baş redaktoru Xətai Əli, produser Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, Post-prodakşn supervayzer Vüqar İslamzadədir.  

18+ olan filmin səsləndirilməsində Oleq Əmirbəyov, Rövşən Məmmədli, Nəzakət Məmmədli, Gülnarə Zülalova, Səid Nizami, Kamal Yaşar və Xətai Əli iştirak edib.

Kriminal trillerin rejissoru Markus Danstendir. Baş rollarda Coş Stuart, Melissa Bolona və Aleksandra Essou çəkilib. 

Filmin süjet xəttinə gəlincə, Con və Rozi xoşbəxt həyat arzulayırlar. Bir məsələni bitirib və keçmişi geridə qoymaq olar. Lakin taleyin başqa planları var...

Bir gün evə qayıdan Con, Rozinin yox olduğunu görür. İtmiş Rozinin axtarışına çıxan Con sirli qonşunun evinə daxil olur. Orada dəhşətli sirlər açılır, hansıları ki, heç narahat etməsə yaxşıdır.  Conun ən pis qorxuları, evdə baş verənlərin yanında uşaq əyləncəsi kimi görünür...   

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

Aytən Həsənova

BAKU.WS

Son xəbərlər