Çingiz Abdullayev: “Mənim adımdan cavan qızlarla tanış olurlar” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq yazıçısı Çingiz Abdullayev başına gələn maraqlı əhvalatdan söz açıb. O, dünən 60 illik yubileyi ilə bağlı təşkil olunan “Mavi Mələklər” adlı görüşdən sonra qonaqlarla səmimi ünsiyyət qurub.
BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ç. Abdullayev sosial şəbəkələrdə onun adından istifadə edərək gənc qızlarla tanış olanlardan zarafatla bəhs edib:
“İnstaqram, tvitterdə yoxam. Orada mənim adımdan cavan qızlarla tanış olurlar. Qızlar da daha sonra Azərbaycan Yazıçılar Birliyinə (AYB) gəlirlər. Deyirlər ki, getmişdim görüşə, yerinizə cavan oğlan gəlib, düşündüm ki, köməkçinizi göndərmisiz.
Mən ölmüşəm ki, köməkçimi göndərim? Yalandır. Mən bircə feysbukda varam. Amma mənim adımdan tanış olurlar”.
Həmin görüntüləri tədbirdə iştirak edən bloqqer Günel Bəkirova instaqram səhifəsində paylaşıb.
Oxşar xəbərlər
Çingiz Abdullayev kainat gözəli seçilən Afaq Aslanı təbrik etdi
Son zamanlar gündəmdən düşməyən cazibədar müğənni Afaq Aslan, Ukraniyada keçirilən gözəllik yarışmasında birincilik qazandıqdan sonar vətənə dönüb.BAKU.WS-in mə...