Cavanşir Məmmədov plastik əməliyyat etdirəcək

Əməkdar artist Cavanşir Məmmədov maraqlı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, “10-da Görüşək” proqramına qonaq olan ifaçı baxım sirlərindən danışıb. Kişilərin üz baxımı, saç əkimi kimi özünə qulluq məsələlərinə toxunan sənətçi yaxın zamanlarda plastik əməliyyat etdirəcəyini açıqlayıb:
“Uzun müddət əvvəl saç əkdirmişəm. Mənə sual verirlər ki, “Sən nə edirsən ki, belə cavan qalırsan?” Hər 6 aydan bir müalicə kursu keçirəm.
Vitaminlər və orqanizm üçün başqa faydalı dərmanlar qəbul edirəm. Bu dərmanlar da orqanizmdə hansı bölgədə fəsad yaranarsa, onu tez zamanda aradan qaldırır.
Mən Covid-19-a yoluxdum, amma simptomlarını qrip əlamətləri kimi keçirdim və tez sağaldım. Bu da məhz mütəmadi olaraq götürdüyüm müalicə sayəsində oldu. Hər dəfə bu müalicə kursuna 800-1000 manat pul xərcləyirəm.
Saç əkiminə gəlincə isə ilk dəfə Azərbaycanda Cabbar Musayev saç əkdirib. Ondan sonra Vasif Məhərrəmli, Elariz Məmmədoğlu, 4-cü isə mən etdirmişəm.
Bəziləri deyir ki, “Kişi niyə saç əkdirir? Bəyəm bu pis bir şeydir? Gözlərimin yuxarısında dəri sallanması var. Həkim dostum dedi ki, gələrsən, yaxın zamanlarda onu plastik əməliyyat edərik.
Ad çəkməyəcəm, sənət yoldaşlarımın bir ikisi də bu proseduru etdirib. Əgər botoksa ehtiyac olarsa, onu da etdirərəm”.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...
