Castin Timberleyk bu xəstəlikdən əziyyət çəkdiyini etiraf etdi
Dünya şöhrətli müğənni Castin Timberleyk bir müddətdir Laym xəstəliyindən əziyyət çəkdiyini bildirib.
BAKU.WS-in məlumatına görə, bu barədə sənətçi şəxsi "Instagram" hesabında paylaşım edib.
Müğənni bildirib ki, xəstəlik diaqnozunu əvvəlcə gizli saxlamaq istəsə də, yanlış anlaşılmaların qarşısını almaq üçün bu barədə danışmağa qərar verib:
"Bu barədə danışmaq istəmirdim. Amma səhnədə niyə sinir ağrıları çəkdiyimi və bədənimin niyə bu qədər tükəndiyini indi başa düşürəm. Turu dayandırmaqla davam etmək arasında seçim qarşısında qaldım. Səhnənin mənə verdiyi enerji hər şeyə dəyər."
Sənətçi bu mübarizənin həm fiziki, həm də zehni baxımdan çətin olduğunu vurğulayıb və yaşadığı çətinlikləri pərəstişkarları ilə bölüşməyin daha doğru olduğunu düşündüyünü qeyd edib.
Qeyd edək ki, Laym xəstəliyi - gənələrin yoluxdurduğu bakterial infeksiyadır və sinir sistemi, dəri, oynaqlar, ürək-damar sisteminə təsir göstərə bilər.
Oxşar xəbərlər
Müğənni göz yaşları içində qızını son mənzilə yola saldı
Müğənni Atilla Taşın qızı dəfn edilib. BAKU.WS xəbər verir ki, Mersində binanın 14-cü mərtəbəsindən düşərək həyatını itirən 34 yaşlı qızı Sezen Taş son mənzilə...